- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.
Bizim.Media erməni KİV-inə istinadla xəbər verir ki, etirazçılar Respublika meydanında mitinqə başlayıblar.
Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb.
Mayın 4-də isə arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana doğru yürüş başlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.