AZ

Türkiyə İsraillə ticarəti müvəqqəti BƏRPA ETDİ

Türkiyə İsrailə tədarükün müvəqqəti bərpasını təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail və Türkiyə rəsmilərinə istinadən “Globes” nəşri məlumat yayıb.

Türkiyə Ticarət Nazirliyi ixrac qadağasından əvvəl İsraillə işləyən yerli tikinti sənayesindəki fabriklərə məktublar göndərib və onları İsrailə tədarükün bərpasına müvəqqəti icazə barədə məlumat verib.

Söhbət yalnız müvəqqəti icazədən gedir və yalnız yəhudi dövləti ilə artıq işləmiş fabriklər üçün.

Qeyd olunur ki, bu barədə dünən Ankarada Türkiyə-İsrail Ticarət Palatasının nümayəndələri ilə Türkiyə Ticarət Nazirliyi arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı türkiyəli iş adamları İsrailə mal ixracına qoyulan qadağadan narazılıqlarını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
Mənbələr
Şərh ()
Bağla