AZ

“Zədəlilərimizin sağalmasını gözləyirik” – minifutbol yığması AÇ-yə hansı heyətlə gedəcək?

Ölkəmizin minifutbol yığması iyunun 1-9-u aralığında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək.

AÇ-nin favoritlərindən sayılan yığmanın qrupdakı rəqibləri Fransa İtaliya və Avstriyadı. Bəs görəsən, AÇ-də iştirak edəcək heyət artıq müəyyənləşibmi? Mayın 14-də keçiriləcək ölkə çempionatının finalı bu yöndə planlara təsir edə bilərmi? "Football-plus.az" olaraq, bu sualları yığmanın baş məşqçisi Elşad Quliyevə ünvanladıq:

"AÇ-yə kimləri aparacağımı hələ tam müəyyənləşdirməmişəm. Mayın 15-i axırıncı gündü. Həmin günə qədər heyəti təqdim etməliyik. Bəzi zədəlilərimiz var. Hələ bir qədər vaxtımız var deyə, onların da sağalmasını gözləyirik. Daha sonra ona uyğun işimizi quracağıq. İndi kimlərin iştirak edəcəyini, kimlərin gedib, kimlərin isə qalacağını deyə bilməsəm də, 15-dən sonra dəqiq sizə bildirərəm".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla