AZ

Bu ölkə məhbusları cəbhəyə göndərəcək

Ukrayna parlamenti həbsdə olan 15-20 min məhbusun səfərbərliyə daxil edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, parlament üzvü Oleksiy Qonçarenko sosial media hesabından verdiyi açıqlamada, sözügedən qanunun 279 səslə qəbul edildiyini, beləliklə, bəzi kateqoriyalı məhbusların Ukrayna silahlı qüvvələrinə cəlb olunacağını bildirib.

Qonçarenko qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə günahlandırılanların səfərbərliyə alınmayacağı barədə məlumat paylaşıb.

Hakim “Xalqın Qulu” Partiyasının Parlament Qrupunun sədri David Arahamiya açıqlamasında məhbuslardan neçəsinin müqavilə imzalayacağını bilmədiklərini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
Mənbələr
Şərh ()
Bağla