AZ

Boeing 737 təyyarəsi uçuş-enmə zolağından çıxaraq YANDI – On yaralı var – VİDEO

Seneqal hava limanında Boeing 737 təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb: 10 nəfər yaralanıb

İnterpress.az xəbər verir ki, bu barədə Seneqalın nəqliyyat naziri El Malik Ndiaye məlumat verib. Seneqalın paytaxtı Dakarda hava limanında 85 nəfərin olduğu Boeing 737 təyyarəsinin eniş zolağından çıxaraq sürüşməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Nəqliyyat naziri bildirib ki, Air Sénégal reysi olan TransAir təyyarəsi çərşənbə günü 79 sərnişin, iki pilot və dörd stüardessa ilə qonşu Malidə Bamakoya uçurdu.

Təyyarə qəzalarını izləyən Aviation Safety Network təşkilatı X mikrobloqunda zədələnmiş təyyarənin fotoşəkillərini dərc edib. Fotoşəkillərə görə, mühərriklərdən biri dağılıb və qanad da zədələnib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
20
Mənbələr
Şərh ()
Bağla