AZ

“Pilgrim Education” şirkəti gənclərin etibarından necə sui-istifadə edir?

Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.

Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar.
Rubrika.Az bildirir ki, dosye.org-a müraciət edən bir qurup gənc media vasitəsi ilə dövlət qurumlarına, bir sözlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya müraciət etmək fikrindədir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir neçə tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.
Redaksiyamıza şikayət edən Qurbanova Türkan Seymur qızı, Soltanova Rəna Pərviz qızı, Hacıyeva Firuzə Namiq qızı, Hüseynova Tahirə Rəhmaz qızı və digərləri iddia edirlər ki, Aisa Aslanova onları aldadıb və götürdüyü öhtəliklərin heç birini yerinə yetirməyib.
Əksinə, A. Aslanovanın mobil telefonuna zəng edən gənc şikayətçilər gözlənilmədən müəyyən qurumların adları ilə hədələnib. Məsələ ilə bağlı qarşı tərəf kimi Aida Aslanova ilə telefon əlaqəsi yaratdıq.
Qarşı tərəf isə bir qurup gəncin iddialarını qəbul etmədi, onları şantajçı adlandırdı. Onu da qeyd edək ki, ödənişlər kart vasitəsi ilə həyata keçirilib.
Maraqlı məqam ondan ibarətdir ki, bu cür şirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır.
Digər gənclərə tösiyyə olunur ki, “Xaricdə Təhsil Şirkətləri” ilə əlaqə qurduqda diqqətli olsunlar. Heç bir halda razılaşmarıq ki, gələcəyimiz olan gənclər bir qurup arzuolunmaz şəxslərin qurbanına çevrilsin. Ələxsüsdə, “Pilgrim Education” şirkəti ilə qəti təmas qurmasınlar. Əks halda yuxarıda adı hallanan gənclərin aqibətini sizlərdə yaşayacaqsınız. Bütün hallarda haqları tapdalanan gənclərin müdafiə edəcəyik və bu barədə daha yuxarı dairələrə məlumat veriləcək.
Məqalədə adı hallanan “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanovanın da mövqeyini dərc etməyə hazırıq. (Rubrika.Az)


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44401
Abdullahianın cəsədi tapıldı - FOTO
32891
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27331
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20168
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17845
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11779
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8125
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6940
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5378
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5007
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965