AZ

“Bayern” düşərgəsi “Real”a məğlubiyyəti şərh etdi

Məlum olduğu kimi, “Bayern” Çempionlar Liqasının yarımfinalında “Real”a məğlub olaraq, mötəbər yarışda iştirakını başa vurub.

Arena.az xatırladır ki, Münhendəki ilk oyunda Almaniya nəhəngi ilə 2:2 hesablı heç-heçə oynamış Madrid təmsilçisi ötən gecə doğma meydandakı cavab oyununda rəqibini 2:1 hesabı ilə əzmkarcasına məğlub edib.

Oyundan sonra Münhen klubunun düşərgəsi oyun haqda fikirlərini ifadə edib.

“Bayern”in idman direktoru Maks Eberl oyun haqda fikrini oyundakı hakimliklə bağlı qalmaqalı məqama eyham vurmaqla bildirib:

“Biz hamımız Çempionlar Liqasının alman finalını görmək istəyirdik. Hamımız! Polyak hakimlərdən başqa”, – məşhur jurnalist Kerri Hau alman mütəxəssisdən sitat gətirib.

Xatırladaq ki, oyunun sonunda alman sağ cinah müdafiəçisi Yozua Kimmixin uzun ötürməsindən sonra niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt əlverişli vəziyyətə topu qəbul edib və qol vurmaq üçün fürsət yaxalayıb. Bununla belə, əvvəlcə, oyunun yan xətt hakimini Tomaş Listkeviçin bayrağı havaya qalxıb. Ardınca, oyunun polyak baş hakimi Şimon Marçinyakın bu məqamın sonunu gözləmədən oyundankənar vəziyyəti qeydə alan fiti səslənib. Saniyələr içində hadisələrin sürətli inkişafında hakimin fitindən sonra ani rahatlamış “Real” müdafiəsi De Liqtin instinktiv surətdə dəqiq zərbəsi ilə qapısında qol görüb. Məlum olduğu kimi, qol hesaba alınmayıb.

Madirddəki oyunda “Real”ın qapısına yol tapmış kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis “Bayern”ə təşəkkürünü bildirərək, ona cari marağı olan “Real”ın heyətində növbəti mövsümdə mümkün çıxışı ilə bağlı fikir bildirib:

“Bernabeu”da oynayacağammı? Hazırda agentim “Bayern”lə danışıqlar aparır. Hər halda, bu kluba çox minnətdaram”.

“Futbol oynamış hər kəs indi mənim nə hiss etdiyimi bilir”

Almaniya nəhənginin alman veteran hücumçusu Tomas Müller də hakimliklə bağlı məqama toxunmağı özünə “borc” bilib:

“Hakimliklə bağlı gülməli vəziyyətdir. Onun başına nə girdiyini bilmirəm”, – “Madrid Xtra” dərgisi Müllerin oyunun baş hakimi Şimon Marçinyaka iradını sitat gətirir.

“Bayen”in və Almaniya yığmasının bir nömrəli təcrübəli qapıçısı, vacib məqamda dəhşətli səhvə yol verərək topu əlindən qaçırmış və bununla da “Real”ın hesabı bərabərləşdirməsinə qeyri-iradi olaraq imkan yaratmış veteran Manuel Noyer isə acı ilə dillənib:

“Nə vaxtsa futbol oynamış hər kəs indi mənim nə hiss etdiyimi bilir. 85-ci dəqiqəyə qədər 1:0 öndə olmağımıza rəğmən, yekun mərhələdə uduzmağımız son dərəcə acıdır. Londondakı finalda mübarizə aparmağımıza bircə addımımız qalmışdı, indi isə mənim sözüm yoxdur”.

Beləliklə, Çempionlar Liqasının finalına yüksəlmiş “Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37791
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24191
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19115
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14870
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13818
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11108
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6455
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5702
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5443
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4726
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4339
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3364
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3252
Abdullahianın cəsədi tapıldı - FOTO
2564
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2370