AZ

Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər - AÇIQLAMA

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Buna misal olaraq saç və dırnaqların həssaslaşması, dərinin quruması, diş ətinin qanaması və.s. misal göstərmək olar. Bəs görəsən bu kimi halların baş verməsinin başlıca səbəbi nədir?

Mövzu ilə əlaqədar olaraq tanınmış həkim-cərrah,  tibb elmləri doktoru, professor Adil Qeybulla Referans.az-a məlumat verib.

O bildirib ki, "İnsan canlı orqanizmdir və onun ətrafında baş verən bütün temperatur dəyişikliyinə, rütubət dəyişikliyinə, küləyə, istiyə hər şeyə reaksiya verir. İnsan orqanizmi ətraf aləmdə yaşam instinktləridir, konpensator reaksiyalardır ki, fizioloji olaraq orqanizmi müxtəlif problemlərdən qoruyur. Biz həddən ziyadə isti və soyuq altında qala bilirik. Bu mexanizm olmasa yəqin ki, orqanizm qısa müddətdə donar, yaxud da ki istidən sıradan çıxa bilər. Bu baxımdan da iqlim dəyişikliklərində də insan orqanizmdə müəyyən dəyişikliklər gedir. Əlbəttə necə ki biz bitkilərdə canlanma görürük, təbiətdə canlanma görürük, eyni şəkildə də insan da bir canlı orqanizm olaraq onda situmullaşma, fəallaşma, maddələr mübadiləsinin sürətlənməsi baş verir. Heç təsadüfi deyil ki, mövsümi xəstəliklər adlanan xəstəliklər qrupu var ki, bu xüsusi ilə yaz və yay fəsillərində kəskinləşir. Bu xəstəliklərə mədə-bağırsaq xəstəlikləri, onikibağırsaq xorası, nevroz, allergik reaksiyalar və.s daxildir. Bəzi xəstəliklərin kəskinləşməsi bu müddətdə müşahidə edilə bilər".

Tanınmış həkim bu cür xəstəliklərin insanın xarici görünüşündən də yan keçmədiyini söyləyib: "Xarici görünüşdə müxtəlif dəyişiklər müşahidə oluna bilir. Misal üçün saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dərinin quruması və.s. Amma mən deyərdim ki, bu halların mövsümə yox, daha çox həmin mövsüm zamanı avitaminozlara və digər məsələlərə aid ola bilər. Çünki xüsusilə də qışdan çıxmış insanlar yaz fəslində daha çox avitaminoz fonunda olurlar və immun sistemi zəif ola bilir. Bu fonda ola bilər ki, müəyyən hadisələr baş versin. Amma biz nəzərə almalıyıq ki, "Covid-19" pandemiyasından çıxmışıq və bu pandemiya heç də insan orqanizminə təsirsiz ötüşməyib. Həqiqətən də indiyə kimi epidemik ocaqlar, bəzi adamlarda "Long Covid" dediyimiz uzun müddətli xəstəlik davam edir. Bu da öz növbəsində saç tökülməsi, tez-tez soyuqdəymə, halsızlıq, zəiflik kimi hallarla müşaiət olunur. Ümumi götürsək, mövsümi dəyişikliklər həqiqətən də insan orqanizminə öz təsirini göstərir və bu kimi halları ciddi şəkildə nəzərə almaq lazımdır".


Fatimə Bağırova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla