AZ

Vanda Nara yenə “hoqqa verdi”

“Qalatasaray”lıların göz bəbəyi və sevimlisi Mauro İkardi qollarıyla fanatları coşdurmaqda davam edir.

“Football-plus.az” xəbər verir ki, onun həyat yoldaşı Vanda Nara isə yenə qeyri-adi xəbərlə diqqət mərkəzinə düşüb. Açıq-saçıq şəkillər paylaşmağı sevən bu xanım indi də belə şəkillərindən və videolarından pul qazanmaq fikrinə düşüb. Vanda bugünlərdə 17 milyonluq “instaqram” səhifəsində maraqlı bir paylaşım edib. Model, müğənni, aparıcı və influenser kimi fəaliyyət göstərən Nara divasplay.com saytı ilə əməkdaşlığa başladığını fəxrlə ictimaiyyətə açıqlayıb:
“Divas Play Worldwide” ilə müqavilə imzaladığımı bəyan etmək istəyirəm. Bu şirkətin rəsmisi olacam. Onlar artıq Avopada da səyahət edirlər. Bu gündən etibarən məni “divasplay” kontentində izləyə bilərsiz. Çox güclü çəkilişlər olacaq. Orda görüşərik, dostlar”.


Nara bu paylaşımı, təbii ki, açıq-saçıq və əynində alt paltarı olmayan bir şəkillə edib. Bilməyənlər üçün xatırladaq ki, “Divas Play Worldwide” xanımların erotik şəkillərini paylaşdığı bir platformadı. Burda əsasən Latın Amerikasından olan xanımlar yer alsa da, son aylarda Avropadan olan xanımlar da ora axın etməyə başlayıb. Həmin saytda qeydiyyatdan keçmək üçün 15 dollar ödəmək tələb olunur. Qeydiyyatdan keçəndən sonra ordakı bütün xanımların açıq-saçıq şəkillərini və videolarını izləmək mümkün olur. Platformanın sahibləri Vandanın sayəsində qarşıdakı aylarda ən azı 1 milyon dollar gəlir əldə etməyi planlaşdırırlar. Çünki Vanda yaxın gələcəkdə ora “maraqlı” səhnələr yerləşdirməyə söz verib. Maraqlıdı ki, İkardi həyat yoldaşının bu yeni “əyləncəsində” heç bir qəbahət görmür. O, vətəni Argentina mətbuatına açıqlamasında bildirib ki, Vandanın Argentina kişiləri arasında bu qədər sevilməsinə və izlənilməsinə baxmayaraq, vaxtını yalnız onunla (yəni İkardi ilə) keçirmək istəməsi ilə fəxr edir. Xatırladaq ki, 37 yaşlı Vanda ötən ildən bəri leykoz xəstəliyindən əziyyət çəkir və müalicəsini davam etdirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
football-plus.az

1Mənbələr