AZ

İrəvandə müxalifətin mitinqi başlayıb

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının bir neçə min tərəfdarı hökumətə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.
 
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
 
Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan da onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.
 
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
15
Mənbələr
Şərh ()
Bağla