AZ

Arxiyepiskop Paşinyana bir saat vaxt verdi: “Erməni xalqına üçqat bayram yaşadacaqsınız”

Xəbər verdiyimiz kimi Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı yürüyüş təşkil edən "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları artıq İrəvana çatıb.

Bizim.Media xəbər verir ki, hazırda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvanda parlament binası qarşısında aksiya keçirilir.

Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib:

“Nikol Paşinyan, istefa vermək üçün bir saatınız var. Mən bu müddət ərzində sizinlə görüşməyə və istefanın bütün şərtlərini müzakirə etməyə hazıram. Artıq Ermənistanda heç bir səlahiyyətiniz yoxdur. Və istefanızla erməni xalqına üçqat bayram yaşadacaqsınız”.

Qeyd edək ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
28
Mənbələr
Şərh ()
Bağla