AZ

Ərdoğan Braziliya prezidenti ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla braziliyalı həmkarı Lula da Silva arasında telefon danışığı baş tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Telefon danışığı zamanı tərəflər Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələri, qlobal və regional məsələlər müzakirə edib.

 

Ərdoğan eyni zamanda, İsrailin Fələstin torpaqlarında törətdiyi hücumlara Braziliyanın münasibətinin təqdirəlayiq olduğunu, daimi atəşkəsin yaradılması və bölgəyə humanitar yardımların çatdırılması üçün səylərin artırılması lazım olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
9
Mənbələr
Şərh ()
Bağla