AZ

Məhəmməd Rəsulov həbs edildi -SƏBƏB

İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulovu 8 il müddətinə azadlıqdan məhrum edib, cərimə və əmlakı müsadirə edilib.


Sfera.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.


Agentlik qeyd edir ki, bu, Rəsulovun “Müqəddəs əncir toxumu” (2024) filmi Kann kinofestivalında iştirak etmək üçün seçildikdən sonra baş verib.



Onun vəkili bildirib ki, Rəsulov ictimaiyyətə açıqlamalar verdiyi və film çəkdiyi üçün həbs cəzasına məhkum edilib və məhkəmə bunları "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədi ilə hazırlayıb" deyib.



İranlı kinorejissor 2022-2023-cü illərdə son cəzasını çəkib və səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.



Rəsulov bir çox kino mükafatlarının qalibi və nominantıdır. 2020-ci ildə Berlin Film Festivalında "Şər yoxdur" (2020) filminə görə Qızıl Ayı alıb. Onun “Müqəddəs əncir toxumu” adlı yeni filminin premyerası mayın 14-dən 25-dək keçiriləcək Kann kinofestivalında olacaq.

 

İnci

Sfera.az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla