AZ

İmişlidə gərgin anlar - Qonaq komanda və hakimlər meydançanı tərk etdi - VİDEO

Birinci Liqanın 25-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” matçında qalmaqal yaşanıb.

Buna səbəb oyunun 40-cı dəqiqəsində baş hakim İnqilab Məmmədovun meydan sahiblərinin vurduğu qolu qeydə almaması olub.

Qərara etiraz edən yerli azarkeşlər meydançaya yad əşiyalar atıblar.

Narazılığın böyüdüyünü görən hakimlər briqadası matçı yarımçıq saxlayıb, paltardəyişmə otağına yollanıb.

Qonaq komanda da referilərin ardınca meydançanı tərk edib.

“İmişli”li futbolçuların təxminən 10 dəqiqəlik gözləntisindən sonra rəqib futbolçular və hakimlər meydana qayıdıb.

Görüş qaldığı yerdən davam etdirilib.

Hazırda son dəqiqələri oynanılan matçda hesab açılmayıb.

Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla