AZ

Yeni müqavilə Çempionlar Liqasının final oyunundan əvvəl rəsmən açıqlana bilər

Andrey Lunin karyerasını “Real”da davam etdirməkdə qərarlıdır.

Sportinfo.az “Todofichajes” portalına istinadən xəbər verir ki, ukraynalı qapıçı “Mançester Yunayted” və PSJ-nin təkliflərinə baxmayaraq, Madrid klubunda qalmaq qərarına gəlib.

Tərəflərin gələn həftə yeni müqavilə imzalayacağı gözlənilir. Müqavilə Çempionlar Liqasının final oyunundan əvvəl rəsmən açıqlana bilər.

Lunin dünən “Real”la birlikdə Çempionlar Liqasının finalına yüksəlib. Turnirin yarımfinalında madridlilər “Bayern”i (2:2, 2:1) məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla