AZ

"Turan Tovuz" azarkeşlərə müraciət etdi

style='margin-bottom:10px;'>

"Turan Tovuz" klubu azarkeşlərinə müraciət edib.

QOL..az xəbər verir ki, müraciətdə bildirilib:

"9 illik həsrətdən sonra komandamızın Premyer Liqaya yüksəlməsi hər birimizə sevinc bəxş etdi.  Məsuliyyətli yolda geniş və əhatəli inkişaf planı hazırlayaraq Premyer Liqada qalıcı və bütün sahələr üzrə peşəkar klub formalaşdırmağı hədəfləmişik.  Bütün işlərin həyata keçməsi üçün öz gücümüz, maliyyə imkanlarımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Strategiyamızı, missiyamızı dəfələrlə içtimaiyyətə açıqlamışıq. Məqsədimiz pillə-pillə bütün çatışmazlıqları aradan qaldırıb, gələcəkdə həm akademiyamızın bəhrəsindən yararlanmaq, həm də  medallar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdır. Bunun üçün zaman və səbr lazımdır. Cari mövsümün əvvəlində də qarşımıza qoyduğumuz məqsəd Premyer Liqada möhkəmlənmək, təcrübə toplamaq, mərhələli şəkildə bütün sahələrdəki çatışmazlıqlarımızı aradan qaldırmaq olub. Buna baxmayaraq komandamız avrokuboklara vəsiqə qazanmaq şansını sona 5 tur qalmışa kimi davam etdirdi.  “Turan Tovuz” azarkeşləri komandalarına bağlılığı ilə seçilib və diqqət mərkəzində olub. Klubumuz həmişə bütün çətinliklərə azarkeşləri ilə birlikdə sinə gərib, məqsədlər uğrunda bir ailə kimi birlikdə addımlayıb.  Hər zaman azarkeşlərimizin irad və tənqidlərini anlayışla qarşılayıb nəticə çıxartmağa çalışmışıq. Bildirmək istəyirik ki, klub rəhbərliyi  seçdiyi yolun və baş məşqçinin arxasında olacaq. 

Gəlin bu çətin və şərəfli yolda birlikdə addımlayaq. Səbrlə, anlayışla komandamızın yanında olaq. Bu yolda mane olanlara imkan və fürsət verməyək. Biz bir ailəyik - birlikdə bütün çətinliklərin öhdəsindən gəlib, daha böyük zirvələri fəth edəcək bir ailə!"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44370
Abdullahianın cəsədi tapıldı - FOTO
32826
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27242
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24777
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20162
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17839
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15166
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8098
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6930
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4998
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965