AZ

Parada iti ilə gələn prezident kim olub?

Moskvada keçirilən Qələbə Paradında sahibi ilə birlikdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonun iti diqqəti yayındırıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Almaniyanın Bild tabloidinin açıq məlumatların təhlili üzrə eksperti Julian Repke bildirib.

 

Jurnalistin sözlərinə görə, Lukaşenko 2021-ci ildən ölkədəki iddia edilən problemlərdən diqqəti yayındırmaq üçün Umka adlı ağ rəngli Şpitzlə ictimaiyyət qarşısına çıxır.

 

O, itin paradda görünməsinin də eyni məqsədə xidmət etdiyi qənaətindədir.

 

"Umka sıfıra yaxın temperaturda qar lopaları arasında tamamilə xoşbəxt görünmürdü",deyə Repke  bildirib.

 

Bundan əvvəl Moskva və Regional Heyvanların Mühafizəsi Cəmiyyətinin mütəxəssisi Natalya Bazarkina Lukaşenko ilə hərbi görüşdə iştirak edən Umkanın kadrlarını öyrənib və Şpitsin piylənmədən əziyyət çəkdiyi barədə fikir bildirib.

 

Fevral ayında Umka Lukaşenkonun Daşkəndə səfəri zamanı da videoya çəkilib. Kadrlarda Pomeraniyalının təyyarəyə minərkən qırmızı xalça ilə prezidentin arxasınca getməsi və enişlə təyyarənin göyərtəsində necə qalxması göstərilir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla