AZ

Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI

Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

“Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geoloji mənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki baş verməyib”, - o deyib.

Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəli saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter daşıyır.

“Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərti ilə, Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.

Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda monitorinq aparılır, koordinatları müəyyənləşdirilir, xəritəyə əlavə edilir və monitorinq şəbəkəsinə daxil edilir”, - deyə Ə. Əliyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43757
Abdullahianın cəsədi tapıldı - FOTO
31437
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25096
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24728
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20076
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17505
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15135
Helikopterin qalıqları tapılıb
11717
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8111
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7601
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6956
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6880
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5902
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5300
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4454
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4447
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3960