AZ

Azərbaycanda hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? - AÇIQLAMA

Hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsa da yüksək deyil, cari vəziyyətə uyğundur. Mənzil bazarında yüksək qiymət artımı ilə bağlı bəzən yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunuəmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, yüksək qiymət artımı ilin əvvəlində qeydə alınmışdı.

“2024-cü ilin yanvar ayında ipoteka kreditlərinin verilməsindən sonra bazara kütləvi sürətdə alıcı cəlb olundu. Alıcıların cəlb olunması təbii ki, qiymətlərə də təsir elədi. Bu qiymət artımı yalnız ipoteka predmentinə çevrilə bilən əmlaklara şamil olundu. Bu hal fevral-mart aylarında baş verdi və ondan sonra qiymətlər sabitləşdi. Ancaq hazırda bazarda vəziyyət sabitdir. Doğrudur, qiymət artan xətt üzrə gedir, lakin az formada artır”, - deyə ekspert bildirib.

E.Fərzəliyev vurğulayıb ki, hazırda artım sadəcə həyət evlərində müşahidə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
7
Mənbələr
Şərh ()
Bağla