AZ

Dairəyə “protiv” girən sürücü DYP maşınını görüb dayandı- VİDEO

Qəbələ rayonu Nohurqışlaq kəndində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də saat 17:28 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-XB-331 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı minik vasitəsinin sürücüsü dairəyə “protiv” daxil olur. Bu zaman o, DYP avtomobilini görür və nəqliyyat vasitəsini saxlayır. Daha sonra polisin əmri ilə qayda pozan sürücü maşını geriyə verərək sağa dönüb dayanır. Hadisə şahidinin iddiasına əsasən, polis əməkdaşları sürücüylə maarifləndirici söhbət aparıblar.  
Qeyd edək ki, qayda pozuntusunun baş verdiyi yol birtərəflidir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
avtosfer.az

1Mənbələr