AZ

Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Şəkərli diabet xəstələri üçün satışda olan qidalar bahalaşıb.OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.

Məsələn, qlütensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdır. Şəkər əvəzləyici dadlandırıcıların qiyməti isə beş-altı manat aralığındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün iki, üç, beş, hətta səkkiz manat ödəməlidirlər. 

Qida eksperti Məhsəti Hüseynova bildirib ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil.

Ekspert onu da vurğulayıb ki, belə məhsullar alarkən istehsal tarixi və istifadə müddətinə xüsusi diqqət yetirilməlidir.

Ətraflı süjetdə:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
14
Mənbələr
Şərh ()
Bağla