AZ

"Real"ın yarımmüdafiəçisi ÇL-nin finalını buraxa bilər

"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni UEFA Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə cavab oyunundan (2:1) sonra sol ayağından zədə alıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə İspaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klubun həkim qrupları futbolçunu müayinə edərkən onun sol ayağında stress nəticəsində yaranan zədə aşkarlayıblar.

Xatırladaq ki, mayın 8-də "Real" ev görüşündə "Bayern"ni 2:1 hesabı ilə məğlub edib. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşü heç-heçə (2:2) ilə yekunlaşıb. Beləliklə, Madrid komandası UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Madrid klubu Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londonda baş tutacaq. Tçuameninin finalda iştirak edib-etməyəcəyi məlum deyil.

Xatırladaq ki, bu mövsüm Tçuameni UEFA Çempionlar Liqasının səkkiz oyununda iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
baku.ws

2Mənbələr