- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bərdədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə qeydə alınıb.
Belə ki, rayonun Zümürxan kənd sakini 20.03.1997-ci il təvəllüdlü Məmmədov Tofiq Nizami oğlu mübahisə zamanı bıçaqlanıb.
Xəsarət alan şəxsin yaxınlarının verdiyi məlumata görə, Bərdə mərkəzi xəstəxanasına yerləşdirilən yaralıda döş qəfəsinin sol bazu hissəsində bıçaq xəsarətləri aşkar edilib.
Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.