AZ

Qızı Alla Puqaçovanın bağışladığı evi satır

Qızı Alla Puqaçovanın bağışladığı evi satır

Son zamanlar ABŞ-da yaşayan Kristina Orbakayte Rusiyaya qayıtmaq qərarı alıb.

Axşam.az xəbər verir ki, bu haqda "Mash" məlumat yayıb. Sənətçi vətənində silsilə konsertlər verməyi planlaşdırır. Eyni zamanda, iyunun 1-də Kreml sarayında keçiriləcək Uşaqlar Günü şərəfinə festivala qatılacaq.

Qayıtmağın digər səbəbi isə Kristinanın Rusiyada ailə mülkünü satmaq istəməsidir. Üçmərtəbəli evi Alla Puqaçova tikib, sonradan onu Kristinaya verib. Malıe Berejki məhəlləsində yerləşən malikanənin sahəsi 760 kvadratmetrdir. Ev klassik saray üslubunda dizayn edilib. Əmlak aprelin sonunda satışa çıxarılıb və Kristina bunun üçün 125 milyon rubl (təxminən 2327746 manat) alacağını gözləyir.

Evin içi sarayın xarici görünüşünə uyğun edilib. Malikanədə mətbəx, yemək, kaminli qonaq, 5 böyük yataq otağı və bir neçə ofis var. Əyləncə və istirahət üçün panoramik pəncərələri olan 160 kvadratmetrlik xüsusi sahə, bar və bilyard otağı da daxildir. Evin birinci mərtəbəsində hamam, hovuz və hətta kinoteatr yer alıb. Maşınlar üçün 3 maşınlıq qaraj, mərtəbələr arasında rahat hərəkət etmək üçün isə lift var.

Əmlakın yaşıllıq sahəsi 80 kvadratmetrdir, burada idman və uşaq meydançaları, manqal sahəsi var. Heyət və mühafizə üçün ayrıca bina da var.

QızıQızıQızıQızıQızıQızıQızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla