AZ

Xırdalanda it dişləyən qadın DANIŞDI: "Ayağımdan əti qopardı" - VİDEO

Xırdalanda it dişləyən qadın DANIŞDI: "Ayağımdan əti qopardı" - VİDEO

Abşeronda küçə itlərinin qadına hücum etməsi təhlükəsizlik kamerasına düşüb.

Sürü halında gəzən küçə itləri səhər saatlarında qadına hücum çəkərək onu yaralayırlar.

Ayağından yaralanan qadın xəstəxanaya çatdırılıb. Hadisə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki parkda baş verib.

Hadisə zamanı itlərin hücumuna məruz qalan qadın Xırdalan sakini Aytəkin Akçadır.

"Xəzər Xəbər"ə danışan zərərçəkmiş, itlərin onun ayağından ət qopardığını bildirir.

Onun sözlərinə görə, yaxınlıqda olan insanlar olmasaydılar, daha arzuolunmaz hadisə baş verə bilərdi.

Mövcud vəziyyətdən sakinlər də narazıdır. Bildirilib ki, sürü halında gəzən küçə itləri onların həyatı üçün təhlükədir.

Ətraflı süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
10
Mənbələr
Şərh ()
Bağla