AZ

İsrail Müdafiə nazirindən ABŞ-a açıq xəbərdarlıq: "Heç bir güc İsrail dövlətinə boyun əydirəməyəcək"

"Heç bir güc İsrail dövlətinə boyun əydirə bilməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Gallant Tel-Əvivə silah göndərilməsini dayandıran ABŞ administrasiyasının qərarı barədə suala cavabda deyib.

HƏMAS və Hizbullahı məhv etməkdən vaz keçməyəcəklərini təkrarlayan nazir bildirib ki, İsrailin təhlükəsizliyi təmin edilməyənə qədər dayanmayacaqlar: “İsrailin düşmənləri kimi, ən yaxşı dostlarımıza (ABŞ-ı nəzərdə tutur - Mia.az) səslənirəm və deyirəm: nə İsrail dövləti, nə ordu, nə də digər müdafiə təşkilatına kimsə boyun əydirə bilməz. Biz möhkəm dayanıb, məqsədimizə çatacağıq”.

Gallant qeyd edib ki, HƏMAS yaraqlılarınn ötən ilin7 oktyabrında girov götürdüyü israilliləri də geri qaytaracaqlar: "Biz bunun üçün hər şeyi edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla