AZ

Ronaldu karyerasının 891-ci qolunu vurdu, komandası qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı liqasında 31-ci turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, “Ən-Nəsr” “Əl-Akdod”la görüşdə azarkeşlərini sevindirib.

7-ci dəqiqədə Brozoviç hesabı açıb - 1:0. Ardınca portuqaliyalı ulduz Kriştianu Ronaldu 15-ci dəqiqədə fərqi artırıb - 2:0. Bununla da o, karyerasında 891-ci qoluna imza atıb.

Fasilədən sonra toparlanan meydan sahibləri hesaba tarazlıq gətiriblər. Əvvəlcə Hasan Al-Habibi 60-cı dəqiqədə fərqi 1-ə endirib - 1:2. 70-ci dəqiqədə Savior Qodvin bərabərlik qolunu vurub - 2:2. Son dəqiqələrdə üstünlüyü ələ alan qonaqlar nəhayət, istəklərinə çatıblar. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə dublunu rəsmiləşdirən Brozoviç görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, “Ən-Nəsr” 77 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Akdod” 28 xalla 15-cidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
12
Mənbələr
Şərh ()
Bağla