AZ

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Belarus Prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin qarşısını almağa çağırıb.

OXU24.COM  xəbər verir ki, o, bu barədə Minskdə “Belarus xatırlayır” vətənpərvərlik tədbiri çərçivəsində Qələbə abidəsi önünə əklil və gül dəstələrinin qoyulması mərasimində danışıb.

“Biz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. Bunun üçün hamımız birləşməliyik”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, bəşəriyyət öz tarixində bir vaxtlar artıq ümumbəşəri şərə qarşı birləşməyi bacarıb və bu, Qələbəyə gətirib çıxarıb.

Xatırladaq ki, aprel ayında Ukraynanın baş naziri Denis Şmıqal belə bir fikir bildirmişdi ki, Rusiya Ukraynanı döyüş meydanında məğlub etsə, üçüncü dünya müharibəsi başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
5
Mənbələr
Şərh ()
Bağla