AZ

Konfrans Liqası: "Fiorentina"nın finaldakı rəqibi bilindi

Konfrans Liqasında yarımfinalın 2-ci cavab oyunu keçirilib.

Sportnet.az xəbər verir ki, “Aston Villa” “Olimpiakos”un qonağı olub. Bu komandalar arasındakı ilk matçda Yunanıstan klubu 4:2 hesabı ilə qalib gəlib.

Səfərdə olduğu kimi, evdə də qələbə qazanan “Olimpiakos” finala vəsiqə adlayıb.

Qeyd edək ki, ötən gün “Fiorentina” Brügge”ni mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Beləliklə, mayın 29-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək finalda "Fiorentina" və "Olimpiakos" üz-üzə gələcək.

Konfrans Liqası

Yarımfinal, cavab oyunu

9 may

23:00. "Olimpiakos" (Yunanıstan) – "Aston Villa" (İngiltərə) - 1:0

Qollar: Ayub el-Kaabi, 10; 79

İlk oyun - 4:2

8 may

"Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) - 1:1
İlk oyun - 2:3


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
50
Mənbələr
Şərh ()
Bağla