AZ

İrəvanda etirazçılar meydanda gecələyəcəklər

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirən müxalifətçilər meydanda gecələyəcəklər.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, gecə meydanda qalacaq, bu gündən isə itaətsizlik aksiyasına başlayacaqlar.

O, hakimiyyəti bir sıra nöqsanlarda ittiham edərək, Paşinyanın komandasının iqtidardan uzaqlaşdırılmasının bütün Ermənistanın və diasporun tələbi olduğunu vurğulayıb.

B.Qalstanyan qeyd edib ki, o və tərəfdarları Paşinyanı hakimiyyətdən getməyə məcbur edəcək.

Ermənistanın Tavuş vilayəti yeparxiyasının rəhbəri Baqrat Srbazan isə xalqın Paşinyanı ciddi qəbul etmədiyini bildirib. O, baş naziri xalqı aldatmaqda ittham edib. Baqrat Srbazan vurğulayıb ki, o da gecə meydanda qalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla