AZ

“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu

İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya”un ikinci yarımfinalı baş tutub, final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Publika.az xəbər verir ki, cümə axşamı səhnəyə 16 iştirakçı çıxıb, onlardan 10-u daha sonra yarışmaq hüququ qazandılar: Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan.

Çərşənbə axşamı baş tutan birinci yarımfinalın nəticələrinə əsasən, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri həlledici mərhələyə yüksələ biliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
4
Mənbələr
Şərh ()
Bağla