AZ

"Erməni keşişin gücü Paşinyanı devirməyə yetməyəcək- ŞƏRH

"Paşinyanın “Tavuş hərəkatı”na rəhbərlik edən erməni keşiş Baqrat Qalstyanın İrəvandakı mitinqdə irəli sürdüyü “istefa tələbinə” əməl etməyəcəyi bəllidir". 
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi  Asif Nərimanlı deyib. Politoloq qeyd edir ki, Baqratın ətrafına toplaşanlar da Nikolu “taxtında endirmək” potensialından hələki uzaqdır. Lakin aksiya uzunmüddətli olarsa (Baqrat 7-10 gün davam edə biləcəklərini deyir) “qartopu” effekti yaratması riskləri də var, bu baxımdan, Paşinyanın əks həmləsinin iki istiqamətdə olacağı gözləniləndir: 

"Paşinyan həm tərəfdarlarını hərəkətə keçirə, “əzələ nümayişi” edə bilər: bu, təkcə mitinqə qarşı yox, onun arxasındakı qüvvələrə mesaj xarakteri daşıyır. Həm də inzibati resursları işə salacaq: aksiyaya böyüməsinin qarşısını müxtəlif yollarla ala, xüsusilə bölgələrdən qatılmaları məhdudlaşdıra bilər".
Siyasi şərhçi vurğulayır ki, aksiyanın böyümə tempi nəzarətdən çıxmadığı müddətdə “demokratik” imicini qorumaq və oponentlərinin nəyə “qadir” olduğunu göstərmək məqsədilə birbaşa güc tətbiqindən çəkinəcəyi ehtimalı daha çoxdur:

"Baş verənlərdə ən maraqlı məqam isə Baqratın hərəkatının siyasi korparasiya xarakteri daşımasıdır. Bu korporasiyada təkcə Rusiyanın yox, Qərbdə də müəyyən qüvvələrin iştirakı görünür".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
Mənbələr
Şərh ()
Bağla