AZ

Macarıstan və Çin əməkdaşlığı gücləndirmək üçün müqavilələr imzaladılar

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban və Çin Prezidenti SiTsinpin cümə axşamı iqtisadiyyat və mədəniyyət sahəsindəəməkdaşlığı gücləndirmək üçün bir sıra yeni sazişlərimzalayıblar.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyixəbər verib.

"Macarıstan və Çin Si Cinpinin Mərkəzi Avropa ölkəsinə səfərizamanı iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirmək üçün bir sırayeni sazişlər imzalayıblar", - deyə bildirilib.

Çin lideri ilə Macarıstanın baş naziri paytaxt Budapeştdədanışıqlar aparıblar. Danışıqlardan sonra mətbuat konfransı zamanıV.Orban 2010-cu ildə fəaliyyətə başladığı vaxtdan bəri ölkələrarasında "daimi, fasiləsiz dostluq" olduğunu qeyd edib:

"Çin Xalq Respublikasının Sədrini əmin etmək istərdim ki,Macarıstan ölkəmizə sərmayə qoyan Çin şirkətləri üçün ədalətlişərait yaratmağa davam edəcək, və biz Macarıstanda ən müasir Qərbvə ən müasir Şərq texnologiyaları üçün əməkdaşlıq qurmaq imkanıyaradacağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
Mənbələr
Şərh ()
Bağla