AZ

Bu gün Ermənistanda etiraz aksiyaları keçiriləcək

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş adamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç bir aqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyə çağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: - bu gecə geri qayıdın”, - o deyib. "İnsanlar bunun belə bir şəkildə baş verməsini, dövləti şoka salmasını istəyirlər, bizə başqa yol qoymadınız", - Qalstanyan əlavə edib.

"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də İtaətsizlik aksiyalarına başlamağa çağırıram", - arxiyepiskop vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
290
5
Mənbələr
Şərh ()
Bağla