AZ

Anesteziya ömrü qısaltmır

"Rossiya 1" telekanalının "Ən vacibi haqqında" sağlamlıq verilişində reabilitasiya həkimi Sergey Aqapkin anesteziyanın sağlamlığa çox zərərli olması və ömrü qısaltması ilə bağlı geniş yayılmış fikrə münasibət bildirib.

"Anesteziya özü ömrü qısaltmır", -deyə tok-şou aparıcısı əminliklə söyləyib.

Əvvəllər formalaşan bu fikir bir çox amilləri nəzərə almayan araşdırmalarla bağlı idi. Təbii ki, hər kəsə anesteziya verilmir və kifayət qədər ciddi göstəricilər üçün müxtəlif növ cərrahi əməliyyatlar apararkən istifadə edilir.

“Son araşdırmalar göstərib ki, anesteziya altında cərrahiyyə əməliyyatı keçirən xəstələrin ömrünün qısalması anesteziyadan istifadə ilə deyil, onların xəstəlikləri ilə bağlıdır”,-deyə mütəxəssis fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla