AZ

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Stokholm, 10 may, Nərgiz Cəfərli, АZƏRTAC

Azərbaycanın İsveçdəki səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə səfirliyin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Zaur Əhmədov Azərbaycanın xilaskarı və qurucusu kimi adını tarixə yazan Ümummilli Lider Heydər Əliyevin öz həyatını doğma xalqına həsr etdiyini vurğulayıb. Azərbaycanı daim inamla irəliyə aparmaq istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla