AZ

Putin Mişustinin baş nazir postuna namizədliyini Dövlət Dumasına təqdim edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına MixailMişustinin baş nazir postuna namizədliyini təqdim edib.

Trend-inməlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının sədri VyaçeslavVolodin öz "Telegram" kanalında yazıb.

O qeyd edib ki, “bu gün deputatlar bu məsələ ilə bağlı özseçiciləri adından məsuliyyətli qərar qəbul edəcəklər”.

V.Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraqDövlət Duması hökumətin tərkibini formalaşdıracaq, onlar hökumətinsədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcəklər.

O, bütün fraksiyalarda baş nazirin namizədliyinin müzakirəsininaparılacağını və yerli vaxtla saat 14:00-da Dumanın plenariclasının başlayacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla