AZ

KL: Finalın adı bəlli oldu

Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Operativ Media" xəbər verir ki, sonuncu finalçı Yunanıstanda müəyyənləşib.

Bu ölkəni təmsil edən “Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Afina klubu səfərdə məğlub etdiyi bu rəqibə evdə də qalib gəlməklə finala yüksəlib.

Daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala vəsiqəni təmin etmişdi – 3:2, 1:1.

Avropa Konfrans Liqası

Yarımfinalın cavab oyunu

9 may

“Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə) 2:0

Qollar: El Kaabi, 10; 81.

İlk oyun – 4:2

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla