AZ

"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri

Axşam saatlarında mitinqdən ayrılan üzdəniraq keşiş Baqrat Xocalı canisi Seyran Ohanyanın başçılığıyla Paşinyana müxalif bir neçə deputatla görüşüb...
 
“Keşiş Baqrat  Qalstanyanın rəhbərliyi ilə saat 16:00-da çağırılan və təxminən 2 saat gec başlayan mitinq başa çatıb. İştirakçılar qrup halında ayrılırlar. Bir çox insanın söhbətlərindən məlum olur ki, onlar məyusdurlar, çünki arxiyepiskopun heç bir planı yoxdur və onları təqdim etməyib”.
 
Moderator.az xəbər verir ki, bunu gecə saatlarında “Armtimes” nəşri yazıb.
 
“Baqrat Qalstanyan sabahdan bütün respublikanı iflic vəziyyətinə salmağa çağırıb.
Sabah səhər saat 10-dan başlayaraq bütün mümkün yerlərdə dinc itaətsizlik aksiyaları keçirəcəklər.
 
Qalstanyan onu da açıqlayıb ki, o, meydanda qalacaq, yorulanlar isə evlərinə gedib səhər tezdən qayıdıb müxtəlif istiqamətlərdə gəzə, qəhvə və ya çay içə bilərlər.
 
Xatırladaq ki, bundan əvvəl Baqrat Qalstanyan bir sıra müxalifət deputatları ilə otellərdən birinə gələcək addımları müzakirə etmək üçün gedib. Onun yanında “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan, Armen Rustamyan, Aspram Karapetyan, İşxan Saqatelyan və Taquhi Tovmasyan olub”- erməni nəşri belə yazır.
 
S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla