AZ

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Səudiyyə

Bakı, 10 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaponiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman mayın 20-dən 23-dək Yaponiyada dövlət səfərində olacaq. Səfər zamanı onu İmperator Naruhito qəbul edəcək, baş nazir Fumio Kişida da onunla görüşəcək. Ümid edirik ki, bu səfər ikitərəfli əlaqələri gücləndirəcək", - deyə Y.Hayaşi əlavə edib.

Yaponiya və Səudiyyə Ərəbistanı 2025-ci ildə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək. Vəliəhdin səfəri bu tarixə təsadüf edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
4
Mənbələr
Şərh ()
Bağla