AZ

Adı "İqlim" olsa da, ətraf mühiti çirkləndirdi - Cərimələndi

“İqlim elmi-istehsalat müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır. Baxış iclası mayın 15-də keçiriləcək.

 

Qeyd: MMC Azərbaycan  Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

 

Xəyal Quliyev

 

Tarix: 10 May 2024, 08:34   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla