AZ

Universitet müəllimi və uşaqlıq dostu yenidən məhkəmə qarşısında

Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə R.Hüseynovun cəzasını 12 ilə qaldırılıb.
 

Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 3 nəfərin etibarından sui-istifadə edərək onların ümumilikdə 742 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.

 

Kamal Məmmədov

 

 

Tarix: 10 May 2024, 08:52   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla