AZ

Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri ilə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Ülviyyə Balayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun zərərçəkmişlərdən birinin 5 000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilib. Digər zərərçəkmiş şəxsin hazırki işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
 


Qeyd: Daxili İşlər Nazirliyinin 2022-ci ilin yayıda yaydığı məlumata əsasən, Şirvan şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində şəhər sakini Ü.Balayeva saxlanılıb. 

 
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 

İttihama görə, qadın 11 vətəndaşa qarşı 43 min manatdan çox dələduzluq edib.
 

Xatırlatma: Ü.Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.

 

Kamal Məmmədov

 

Tarix: 10 May 2024, 09:02   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla