AZ

Paytaxtın iki rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Yenicag.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə-Çiçək yaşayış massivinin, Sulutəpə və Xocahəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
49
Mənbələr
Şərh ()
Bağla