AZ

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

"Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu Öndərin "Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır" fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi. Ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
41
Mənbələr
Şərh ()
Bağla