AZ

Aslan Abaşidze Heydər Əliyev Mərkəzində olub

Mediasiya Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan beynəlxalq hüquq üzrə elmlər doktoru, professor Aslan Abaşidze Heydər Əliyev Mərkəzini ziyarət edib.


Pravda.az xəbər verir ki, o Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini ifadə edən təqdimatlar və eksponatlarla tanış olub.

Eyni zamanda qonaq Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgilərin fəaliyyəti ilə də yaxından tanış olub.


Professor Aslan Abaşidze Mərkəzin fəaliyyətini çox yüksək dəyərləndirərək, mərkəzin fəaliyyətini ən yüksək mədəniyyət və irs daşıyıcısı hesab etdiyini qeyd edib.


Qonağı, Mediasiya Şurasının İdarə heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü Nadir Adilov müşayiət edib.


Qeyd edək ki, Aslan Huseynoviç Abaşidze beynəlxalq hüquq ictimaiyyəti arasında kifayət qədər geniş tanınır.


Ölkəmizdə ilk dəfə səfərdə olan hüquqşünas alim daim Azərbaycana dost münasibəti ilə seçilir. Professor Aslan Abaşidze Prezident İlham Əliyevə, xalqımıza xüsusi rəğbəti olan tanınmış beynəlxalq hüquq mütəxəssislərindəndir.


Aslan Abaşidze Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvüdür. O, həmçinin Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının hüquq üzrə Ekspert Şurasının Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, Xarici İşlər Nazirliyi yanında Elmi Məsləhət Şurasının, İnsan Hüquqları üzrə Müvəkkili yanında Ekspert Şurasının üzvü, Rusiya Federasiyasının Əməkdar hüquqşünasıdır. Ekspertlərin Federal Reyestrində qeydiyyatdan keçmiş professor elmi-texniki sahədə ekspertdir.

Fotoları təqdim edirik
Tarix: 10 May 2024, 09:43   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
Mənbələr
Şərh ()
Bağla