AZ

ABŞ Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərə fiziki hücumlarla bağlı araşdırma aparmağa çağırdı

ABŞ Dövlət Departamenti Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərin məruz qaldığı fiziki hücumlarla bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

 

Bu barədə ötən gün Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gündəlik brifinqində bildirib.

 

O, ABŞ-ın qanun layihəsinə etiraz edənlərə qarşı fiziki təzyiqlərin artmasından xəbərdar olduğunu deyib.

 

“Biz qanun layihəsinə etiraz edənlərə qarşı əməllərə, qanun layihəsinin irəli aparılmasına dair fəaliyyətlərə görə dərin narahatlıq keçiririk. Biz vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki təzyiqlərin artması ilə bağlı xəbərlərin artmasından xəbərdarıq. Biz bunu qınayırıq və tam, müstəqil və vaxtında araşdırmaya çağırırıq”, - Miller deyib.

 

Metyu Miller ABŞ-ın Gürcüstanla 30 ildən çoxdur ki, əməkdaşlıq etdiyini və bunun davam etdirilməsini istədiyini qeyd edib.

 

APA

Tarix: 10 May 2024, 09:37   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
Mənbələr
Şərh ()
Bağla