AZ

"Böyük Dəbilqə": 7 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Kişilər arasında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Kamran Süleymanov (hər ikisi 66 kq) məşqçilərin etimadını doğrultmalıdırlar.

Qadınlarda isə Leyla Əliyeva (48 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla