AZ

Günay: “Çox idik, 3 min nəfər...”

Aparıcı Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, 3 mindən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb.

Baxşəliyeva "Günaylı gün" verilişində deyib: "Mən kitaba, dəftərə çox həvəsliyəm. İndi də avtomobilimin arxasında Azərbaycan dilinin qayda-qanunları, qrammatikası kitabı var.

Televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar, bəylər var idi. Çox idik, 3 min nəfərdən çox insan gəlmişdi. 500 qaldı, axıra da 15-20 nəfər.

Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım".


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
8
Mənbələr
Şərh ()
Bağla