AZ

Braziliyada sel fəlakəti - Ölənlərin sayı 107-yə çatdı

Braziliyada daşqınlarda həyatını itirənlərin sayı 107-yə, itkin düşənlərin sayı isə 136-ya çatıb.

Bakupost.az xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 107-yə, itkin düşənlərin sayının isə 136-ya yüksəldiyi bildirilib.

Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir. Ölənlərin sayının daha da artacağı təxmin edilir.

Elnur
BakuPost


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla